YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyev: Ordumuzun qələbələri, təmas xəttindəki sakinlərin yüksək əhval-ruhiyyəsi fərəh hissi doğurur

Son günlər bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimizin düşmən tərəfindən intensiv atəşə məruz qalmasından sonra, Ermənistanın bu təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin cəbhədə cavab tədbirləri keçirməsi nəticəsində strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələrinin düşməndən tam azad olunması, düşmənin 100-lərlə canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi Azərbaycan xalqında ruh yüksəkliyi yaradıb.

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib iki, aprelin 2-si Azərbaycan ordusunun tarixində parlaq qələbə günü kimi qalacaq.

Qeyd edək ki, ordumuzun ələ keçirdiyi yüksəkliklərdən bir neçəsi Goranboy və Tərtər rayonlarına, eləcə də Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər olub. Həmin yüksəkilklərdən düşmən mütəmadi olaraq Goranboy rayonunun Tapqaraqoyunlu kəndini atəşə tutur, yaşayış evlərinə zərər yetirirdi.

Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboy rayonunun Tapqaraqoyunlu və Zeyvə kəndlərində olub və təmas xəttində yerli əhali və hərbiçilərlə görüş keçirərək onları qələbə münasibətilə təbrik edib.

Ağalar Vəliyev bildirib ki, Azərbaycan dövləti cəbhədə yaşayan hər bir vətəndaşının təhlükəsizliyini təmin etmək üçün lazımı addımları atır və Ali Baş Komandan tərəfindən bu barədə müdafiə nazirinə, müvafiq qurumlara konkret göstərişlər verilib.

Ağalar Vəliyev kəndlərdə ermənilərin atdığı mərmilər nəticəsində dağılan evlərə baxış keçirib, zərərçəkən evlərin təmiri ilə bağlı əlavə tədbirlərin görülməsi üçün lazımı təşəbbüslər göstərib, yerli əhaliyə maddi-mənəvi dəstək verib, onlara ərzaq paylayıb. O, xüsusilə, Zeyvə kəndində “Qrad” mərmisinin dağıtdığı evin yenidən qurulmasını öz üzərinə götürüb və yaxın günlərdə evin təmir olunaraq vətəndaşa təhvil veriləcəyini bildirib.  

Ağalar Vəliyev aprelin 4-də Azərbaycan Respublikası Prezidentinin yanında

keçirilən Təhlükəsizlik Şurasının iclası ilə bağlı  Goranboy rayon fəallarının yığıncağında da iştirak edib. Fəallar qarşısında çıxış edən deputat cəbhədəki erməni təxribatına toxunaraq qeyd edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll edilməsinə və işğal olunmuş torpaqlarımızın dinc yolla azad olunmasına yönələn danışıqlar prosesinin bütün həlledici məqamlarında Ermənistan tərəfindən həmişə belə təxribatlar törədilir, təmas xəttində gərginlik yaradılır: “Lakin Ermənistan ordusu bu təxribatların müqabilində  atəşkəs rejimindən sonrakı dövrdə  ilk dəfə olaraq çox ağır sarsıdıcı zərbə  aldı, erməni təxribatı Azərbaycan ordusu tərəfindən layiqincə cavablandırıldı. Rəşadətli silahlı qüvvələrimiz təmas xəttində həlledici üstünlüyə nail oldu və böyük hərbi qələbə qazandı. Təhlükəsizlik Şurasının iclasında cənab Prezidentin xüsusi vurğuladığı  kimi, 2016-cı ilin aprelin 2-si Azərbaycan ordusunun tarixində parlaq qələbə günü kimi qalacaqdır: “Əminəm ki, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında tezliklə bütün işğal olunmuş torpaqlarımız düşmən tapdağından azad olunacaq, qaçqın və məcburi köçkün soydaşlarımız öz doğma yurdlarına qayıdacaq, Dağlıq Qarabağda və ətraf rayonlarımızda müstəqil Azərbaycan Respublikasının dövlət bayrağı şərəflə dalğalanacaqdır”.