YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Məclisin növbəti plenar iclası keçirilir

Aprelin 5-də Azərbaycan Respublikası Milli Məclisinin növbəti plenar iclası işə başlayıb.

İclası açıq elan edən Milli Məclisin sədri Oqtay Əsədov son günlər qoşunların təmas xəttində baş verən hadisələrə münasibət bildirib. O deyib ki, həmişə Azərbaycan yüksək nailiyyət əldə edəndə Ermənistan təxribata əl atıb. Azərbaycan Ordusu əvvəllər olduğu kimi, son günlərdə törədilən təxribata da layiqli cavab verdi. Ordumuz güclü əməliyyat keçirərək Ermənistana həddini göstərdi.

Daha sonra cəbhədə şəhid olan hərbçilərin xatirəsi bir dəqiqlik sükutla yad edilib.

Bugünkü iclasın gündəliyinə 21 məsələ daxildir.