YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

V Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində bir sıra sənədlər imzalanmışdır

İyunun 24-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekun plenar iclası başa çatdıqdan sonra Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanmışdır.

Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında və Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanmışdır. Həmçinin Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında və Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanal”ı MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanmışdır.

Forum çərçivəsində Azərbaycanın və Rusiyanın bir sıra şirkətləri arasında da əməkdaşlığa dair sənədlər imzalanmışdır. Belə ki, Rusiya Federasiyasının Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi ilə Azərbaycanın “Mətanət A” şirkəti arasında, Rusiyanın “Aqroholdinq starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq” şirkəti arasında, «Dağıstan Ticarət Evi» ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında, “Dağıstan Steklotara” MMC ilə Azərbaycanın “Azərsun Holdinq” arasında əməkdaşlıq haqqında sazişlər, Dağıstanın “Yuqaqroholdinq” şirkəti ilə Azərbaycanın “İnvestment Group” MMC arasında Müqavilə imzalanmışdır.