YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda 10-cu yubiley Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı sərgisi keçiriləcək

Mayın 19-dan 21-dək Bakıda kənd təsərrüfatı və qida məhsulları istehsalçılarının irimiqyaslı regional forumu - Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro-2016” sərgisi keçiriləcək. Bu il 10 illik yubileyini qeyd edən sərgi keçirildiyi illər ərzində mütəxəssislərin illik görüşü ilə yanaşı, kənd təsərrüfatı üzrə texnika və avadanlıqların, eləcə də məhsul və xidmətlərin nümayişi baxımından da etibarlı platforma olduğunu bir daha sübut edib.

Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətindən bildiriblər ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi uzun illər ərzində “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir. Sərgi, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir.

Bu il “CaspianAgro-2016” sərgisində Almaniya, Gürcüstan, İspaniya, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrdən kənd təsərrüfatı üzrə məhsul və avadanlıqların istehsalçıları və distribüterləri iştirak edəcəklər. Sərgidə Hollandiya və İndoneziya milli pavilyonla təmsil olunacaq, eləcə də, öz məhsullarını təqdim edəcək çoxlu sayda İtalyan şirkətlərinin iştirakı gözlənilir. Sərgidə Azərbaycanın kənd təsərrüfatı bazarını öyrənmək istiqamətində ilk addımlarını atan yeni şirkətlər də öz məhsullarını təqdim edəcəklər. Ənənəvi olaraq, “CaspianAgro” sərgisində ən son avadanlıq və texnikalarla tanışlıq məqsədi ilə Azərbaycanın regionlarını təmsil edən sahibkar və fermerlər üçün infoturlar təşkil olunacaq. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edərək, bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradacaqdır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir. Sevindirici haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikasına həsr olunmuş ekspozisiya isə öz zənginliyi ilə seçilməklə yanaşı, Bakı Ekspo Mərkəzinin həm daxilində, həm də xaricində quraşdırılmış platformalarda təşkil olunacaq. “CaspianAgro-2016” sərgisinin qeydiyyat üzrə sponsoru “Grand Motors” (Azərbaycan) şirkətidir.

 

DİGƏR Xəbərlər Arxiv