YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: İradə, qətiyyət, güc parametrlərinə görə Azərbaycanın qarşısında dayana biləcək düşmən yoxdur

"Əgər biz bu gün münaqişənin dinc yolla nizama salınmasının tərəfdarı olduğumuzu bildiririksə, bu, yalnız və yalnız qan tökülməsini, gənclərimizin, insanların həlak olmasını istəməməyimiz ilə bağlıdır. Biz bunu işğal altında olan torpaqlarımızın alternativi kimi qəbul etmirik. Heç zaman bu iki hadisə bir-birinin alternativi deyildir".

Bunu Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov YAP üzvü olan Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun fəal gəncləri ilə görüşündə deyib. /Trend/

Onun sözlərinə görə, Azərbaycan sadəcə olaraq, müəyyən bir bəlli vaxtadək bu münaqişənin dinc yolla həll edilməsinin tərəfdarı olduğunu bildirir: "Əgər dinc yolla münaqişənin aradan qaldırılması imkanları yaranacaqsa, - bu gün biz hesab edirik ki, müəyyən qədər bu ehtimallar da qalır, - təbii ki, onda Azərbaycan Ordusu, xalqı başqa vasitələrlə öz torpaqlarını azad etmək üçün ayağa qalxacaq".

Ə.Əhmədov qeyd edib ki, srağagün, dünən, bu gün baş verən hadisələr Azərbaycan Ordusunun, xalqının bir hissəsinin bu vəzifəsini layiqincə yerinə yetirmək gücündə, bacarığında olduğunu sübuta yetirdi: "Bütün xalqın ayağa qalxması isə Azərbaycan torpaqlarının qısa bir vaxtda işğaldan azad olunması üçün kifayət edər. Bu gün Azərbaycan Ordusunun döyüş qabiliyyəti, qüdrəti özünü bir daha nümayiş etdirdi. Bu gün iradə, qətiyyət, güc parametrlərinə görə Azərbaycanın qarşısında dayana biləcək Azərbaycan düşməni yoxdur. O düşmən ki, Azərbaycanın torpağını başqaların köməyi ilə işğal edib, onların onun qeyd etdiyim parametrlər nöqteyi-nəzərdən Azərbaycanın qarşısında dayanmaq imkanları mövcud deyil".

 

DİGƏR Xəbərlər Arxiv