YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: Məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür

«ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların davam etməsinə baxmayaraq işğalçı Ermənistan atəşkəs rejiminin tələblərinə riayət etmir. Azərbaycanın məsələnin ərazi bütövlüyü çərçivəsində, dinc və ədalətli yolla həll edilməsi cəhdlərinə əks tərəf daim təxribatlarla cavab verir». Bu fikirləri Milli Məclisin deputatı, «Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması» İctimai Birliyinin idarə heyətinin üzvü Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, Ermənistanın apardığı işğalçılıq və təcavüzkar siyasət münaqişənin uzanmasına və daha da gərginləşməsinə səbəb olur. Ona görə də bu atışmaların dərhal qarşısı alınmalı, ATƏT-in Minsk qrupu öz fəaliyyətini təcili gücləndirməlidir.

«Sülh danışıqları prosesi davam etdirilməlidir. Beynəlxalq təşkilatlar məsələyə münasibət bildirməli, atəşkəs bərpa olunmalıdır. Əks halda münaqişənin daha aktiv fazaya keçməsi üçün şərait yarana bilər və münaqişə regionda daha ağır nəticələrə səbəb olar. Bunun isə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür»- deyə, R.Rzayev vurğulayıb.