YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Endryu Biyeniavski Azərbaycanın nüvə təhlükəsizliyi istiqamətində atdığı addımları alqışlayır

Martın 31-dən aprelin 1-dək Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

ABŞ-ın “Nüvə təhlükəsizliyinin azaldılması təşəbbüsləri” proqramı çərçivəsində Təhlükəsizlik və Nüvə Materiallarının Azaldılması üzrə Milli İdarəsinin vitse-prezidenti Endryu Biyeniavski sammitin yekunlarına dair AZƏRTAC-a müsahibəsində deyib: “Azərbaycan nüvə təhlükəsizliyi ilə bağlı azı iki tədbirin icrasında mühüm rol oynayıb və oynamağa davam edir. Əvvələn, Azərbaycanı bu yaxınlarda qəbul edilmiş əsas sənəd - “Nüvə materiallarının fiziki müdafiəsi haqqında” Konvensiyanı ratifikasiya etməsi münasibətilə təbrik edirik. Biz bunu alqışlayırıq. Azərbaycanın atdığı ikinci mühüm addım radioaktiv maddələrlə bağlı məsələlərin həlli istiqamətində səylərdir. Bu yaxınlarda Belçikada törədilən terror aktlarını nəzərə alsaq, belə materialların İŞİD silahlılarının əlinə keçəcəyi və “çirkli” bombaların yaradılması üçün istifadə oluna biləcəyi bizi çox narahat edir. Odur ki, bütün ölkələrdə olan və vaxtilə tibdə və sənayedə istifadə edilən radioaktiv materiallar zərərsizləşdirilməlidir. Biz bilirik ki, Azərbaycan Nüvə Təhlükəsizliyi Sammiti prosesi çərçivəsində bu istiqamətdə fəal addımlar atır”.