YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya nəqliyyat nazirinin müavini: Bu ilin birinci rübündə Azərbaycan və Rusiya arasında yük dövriyyəsi 250 min ton təşkil etmişdir

Bu ilin birinci rübündə Azərbaycan və Rusiya arasında dəmir yolları ilə 250 min ton yük daşınmışdır.

Bu barədə Rusiya nəqliyyat nazirinin müavini Sergey Aristov Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumunun yekun plenar iclasında çıxışı zamanı məlumat vermişdir.

O bildirmişdir ki, forumda iki ölkənin müvafiq idarələri arasında konkret nəqliyyat məsələləri müzakirə edilmişdir. Bu il Samur çayı üzərində körpünün inşasına başlanacağını bildirən nazir müavini demişdir: “Artıq yol xəritəsi hazırlanmışdır. Tikinti bu il başlanacaqdır. Texniki tapşırıqlar verilmiş, digər sənədlər hazırlanmışdır”.

İki ölkənin nəqliyyat işçilərinin qarşısında duran vəzifələrdən danışan S.Aristov qeyd etmişdir ki, dəmir yolları ilə sərhədlərdən maneəsiz keçmək, xüsusən, sərnişinlərin maneəsiz keçməsi əsas vəzifələrdən biridir. O demişdir ki, sərhəddən rahat keçmək variantları vardır və bu istiqamətdə iş davam etdiriləcəkdir.

 

 

DİGƏR Xəbərlər Arxiv