YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bundestaqın deputatı: Beynəlxalq təşkilatların Ermənistan- Azərbaycan münaqişəsinə dair sənədləri icra edilməlidir

Almaniya Bundestaqının deputatı Mark Hauptmann Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.

Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumata görə, bəyanatda bildirilir ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ bölgəsindən çıxarılması prosesi çox gecikdirilib. Bu, azərbaycanlı məcburi köçkünlərin təhlükəsiz şəraitdə doğma torpaqlarına qayıtmaları üçün zəruridir. Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumları keçmişdə bunu təkrar-təkrar bildirib və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını birmənalı şəkildə tələb edib.

Bundestaqın deputatı vurğulayır ki, Almaniya və Avropa İttifaqı Dağlıq Qarabağın işğal altında qalmasına qarşı çıxır. Birləşmiş Millətlər Təşkilatının, ATƏT-in və Avropa Şurasının münaqişəyə dair qəbul etdikləri sənədlər icra olunmalıdır.

“Biz beynəlxalq tərəfdaşlarımızla sülh prosesini açıq şəkildə dəstəkləyirik. Firavanlıq və inkişaf yalnız daimi sülh vasitəsilə təmin edilə bilər. Bu günlərdə baş verən silahlı toqquşmalar bir daha göstərdi ki, münaqişə hər an yenidən alovlana bilər. Ona görə də regionda bütün tərəflər arasında həll yolunun tapılması üçün davamlı sülh prosesi çox vacibdir”, - deyə bəyanatda qeyd edilir.