YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin inkişafı təmin edilib

«Azərbaycanda həyata keçirilən davamlı islahatlar sayəsində bütün sahələrin inkişafı təmin edilib». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, inkişafın Azərbaycan modelinin formalaşdırılması sayəsində uğurlu  nəticələr əldə olunub. Onun sözlərinə görə, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər Azərbaycanın inkişafını təmin etməklə yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb.
«Şübhəsiz, yeni mərhələdə iqtisadi sektorda ardıcıl islahatların davam etdirilməsi müəyyən olunmuş hədəflərə çatmağa imkan verəcək. Əlbəttə, ötən dövr ərzində qeyri-neft sektorunun inkişaf etdirilməsi, paytaxtda və regionlarda sosial və iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsi üçün tam şərait yaradır. Bu da, öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik və uzaqgörən siyasət yürütdüyünü təsdiqləyir»- deyə, T.Rzayev qeyd edib.