YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Pakistan Prezidenti Məmnun Hüseynə başsağlığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə, bu ölkənin Lahor şəhərindəki parkda törədilmiş partlayış nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar  başsağlığı verdi.

Başsağlığında deyilir: “Biz dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir, bu amansız terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

 

 

DİGƏR Xəbərlər Arxiv