YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Dövlətimiz Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində sistemli iş aparır

«Son günlər cəbhə xəttində atəşkəsin pozulması işğalçı Ermənistanın təxribatının nəticəsidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu təxribatlarla işğalçı dövlət münaqişənin sülh yolu ilə həllinin qarşısını alır. Onun sözlərinə görə, həmsədrlərin tərəflərə atəşkəs rejiminə riyaət etmələri haqda tövsiyələrindən sonra yaranmış vəziyyət ciddi narahatıq doğurur.

«Bütün bunlara rəğmən Ermənistan hakimiyyəti Azərbaycanı günahlandırmağa çalışır. Bu, erməni hiyləgərliyinin bariz göstəricisidir. Məqsəd odur ki, bu məsələ ilə bağlı beynəlxalq birliyi çaşdırmaq, özünün işğalçı siyasətini ort-basdır etməkdir. Amma bütün hallarda dövlətimiz Ermənistanın təcavüzkar siyasətinin ifşası istiqamətində sistemli iş aparır. Bununla yanaşı, ordumuz düşmənə layiqli cavab verir»- deyə, E.Məmmədov qeyd edib.