YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TAP-ın Yunanıstandakı tikinti işlərinə bu ilin ortalarında başlanılacaq

“Trans-Adriatik” (TAP) qaz boru kəməri üzrə Yunanıstandakı tikinti işlərinə bu ilin ortalarında başlanılacaq.

Bu barədə TAP-ın Yunanıstan üzrə layihə meneceri Riçard Skoufiyas məlumat verib. O bildirib ki, bu vaxtadək TAP konsorsiumu 150 yunan müəssisəsi ilə tərəfdaşlıq sazişi imzalayıb, yerli icmalarla isə 450 görüş keçirilib.

Qeyd edək ki, uzunluğu təxminən 878 kilometr olan TAP boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), Snam S.p.A. (20 faiz), Fluxys (19 faiz), Enagás (16 faiz) və Axpo (5 faiz).