YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Konvensiyaya düzəlişlər milli maraqlarımıza cavab verir

Bu gün Milli Məclisin növbəti iclası keçirilib. Milli Məclisin  sədri Oqtay Əsədov  Prezident İlham Əliyevin martın 17-də böyük humanistlik göstərərək  imzaladığı əfv sərəncamına görə Milli Məclis adından dövlət başçısına minnətdarlığını bildirib.

Sonra "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Birinci vitse-spiker, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bu haqda məlumat verib. O qeyd edib ki, bu konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci il mart ayının 3-dən qoşulmaq üçün açıqdır: “Biz həmin konvensiyaya 2003-cü ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edildi.  İndi həmin məsələni müzakirəyə çıxarmışıq. Düzəlişlərə müvafiq olaraq konvensiyanın preampulası dəyişdirilib. Burada əsas məqsəd nüvə materiallarının daşınması, saxlanması, təhlükəsizliyi, mühafizə olunmasını daha da möhkəmləndirməkdir. Dəyişikliklərdə prinsiplər müəyyən olunub. Həmin prinsiplər dövlətlərin məsuliyyətini müəyyən edir. Düzəlişlərdə nüvə materiallarının, qurğularının daşınması, təhlükəsizliyi ilə yanaşı, həmçinin föhqəladə hallar zamanı onlarla necə rəftar edilməsi və s. məsələlər də öz əksini tapıb. Hesab edirəm ki, konvensiyaya düzəlişlər milli maraqlarımıza cavab verir”.

Müzakirələrdən sonra sənəd qəbul olunub.

İclasda həmçinin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, "Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında" qanun layihələri qəbul edilib.

DİGƏR Xəbərlər Arxiv