YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-da Azərbaycan Prezidentinin Əfv haqqında Sərəncamını alqışlayırlar

ABŞ Dövlət Departamenti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqında” 17 mart 2016-cı il tarixli Sərəncamı alqışlayan bəyanata dərc edib.

ABŞ-ın bir sıra qanunvericiləri də həmin sərəncamla əlaqədar çıxış ediblər. Tennessi ştatından konqresmen Stiv Koen öz bəyanatında qeyd edib ki, əfv haqında Sərəncam ABŞ-ın yaxın dostu və müttəfiqi olan Azərbaycanın insan hüquqları ilə bağlı məsələlərdə tərəqqi tərəfdarı olmasını əks etdirən mühüm müsbət xəbərdir. ABŞ Konqresində Tennessi ştatının 9-ci seçki dairəsini təmsil edən konqresmen Koen ABŞ Konqresində Azərbaycan kokusunun həmsədridir.

İllinoys ştatından senator və ABŞ Senatında azlığın liderinin müavini Dik Derbin 146 nəfərin əfv edilməsinə münasibətini bildirib. O, məhkum edilmiş şəxslərin azad olunmasını düzgün hərəkət adlandırıb.

ABŞ Konqresinin xarici əlaqələr komitəsinin sədrindən sonra bu komitənin ən yüksək vəzifəli üzvü, Nyu-York ştatından konqresmen Eliot Engel qeyd edib ki, Prezident Əliyevin Sərəncamı Azərbaycan xalqı üçün və Azərbaycanın başqa ölkələrlə münasibətləri üçün müsbət hadisədir. Konqresmen iki ölkə arasında dostluğu yüksək qiymətləndirməsini vurğulayaraq ümidvar olduğunu bildirib ki, azadlığın, təhlükəsizliyin və tərəqqinin möhkəmlənməsinə şərait yaradan islahatlar davam edəcək, bu islahatlar energetika və terrorizmə qarşı mübarizə məsələlərində Azərbaycan ilə Birləşmiş Ştatlar arasında əməkdaşlığın genişlənməsinə xidmət edəcək.