YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pedro Aqramunt Azərbaycan Prezidentinin əfv sərəncamını alqışlayıb

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan 148 nəfərin əfv olunması haqqında sərəncamı alqışlayıb. Bu barədə AŞPA-nın rəsmi saytında yerləşdirilmiş məlumatda deyilir.

"Bu gün Azərbaycanda 148 nəfərin azad olunması barədə yaxşı xəbər aldım", deyə Aqramunt bildirib.

Martın 17-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.

Əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Belə ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.