YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əkbər Hacıyev: Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 869 274-ə çatıb

«“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təxirəsalınmaz işlər həyata keçirilir».Bu fikri yap.org.az saytına «Azəriqaz» İB-nin baş direktoru Əkbər Hacıyev deyib.

 Ə.Hacıyev bildirib ki, əhali istehlakçılarının mənzillərində istismar edilən istismar müddəti başa çatmış mexaniki sayğaclar yeni smart-kart tipli sayğaclarla əvəz olunur, yeni qaz kəmərləri çəkilir və istismara yararsız vəziyyətdə olan qaz tənzimləyiciləri yeniləri ilə əvəz edilir. Onun sözlərinə görə, istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, şəbəkənin qaz nəqletmə imkanlarının artırılması və yaşayış məntəqələrinin qazlaşdırılması üçün Birlik tərəfindən Cari ilin yanvar-fevral ayları ərzində 1 883 km yeni qaz kəməri quraşdırılmış, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 110 km qaz kəməri əsaslı təmir olunmuşdur.

«Aparılan tikinti-quraşdırma işləri nəticəsində cari il ərzində 27 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazın verilişi həyata keçirilmişdir. Cari ilin fevral ayı ərzində İB-də əhali sektoru üzrə 18 504 yeni abonent qeydiyyata alınmışdır ki, bunun da 2 667-i Bakı, Abşeron və Sumqayıt, 15 837-i isə regionlar üzrədir. Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 869 274-ə çatmışdır»- deyə, Ə.Hacıyev vurğulayıb.