YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Lavrov: Rusiya Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır

Rusiya ikitərəfli qaydada və ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə nizamlanmasında maraqlıdır. "Novosti-Armeniya"ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda ermənistanlı həmkarı Edvard Nalbandyanla keçirdiyi birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, problemin həlli üçün baza və prinsiplər var: "Onların artıq razılaşdırılması vacibdir. Faktiki rellaşdırmanın parametrlərini və nizamlamanın ardıcıllığını hazırlamaq lazımdır".

S.Lavrov qeyd edib ki, Rusiya prezidentlər arasında birbaşa dialoqun davam etdirilməsinə və qalan məsələlər üzrə mövcud fikir ayrılıqlarının həllinə çalışacaq: "Rusiya münaqişənin həllinə yaxınlaşdıracaq istənilən cəhdi dəstəkləyəcək. Fransalı həmkarlar ideyaları təkmilləşdirirlər. Həmin ideyalar nizamlamanın müzakirə edilən bütün prinsiplərini praktiki dilə çevirməyə imkan verəcək".

XİN rəhbəri vurğulayıb ki, Rusiya öz tərəfindən hər cür səy göstərməyə hazırdır: "Hazırlıq görüşləri nə qədər mütəmadi keçirilsə, səylər bir o qədər çox olacaq, proses də bir o qədər dinamika əldə edəcək".