YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi dünyanın diqqət mərkəzindədir

«Regionun lider dövləti olan Azərbaycan beynəlxalq aləmin diqqət mərkəzindədir. Bu faktor mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi də özünü əyani şəkildə təsdiqləyir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, bugünlərdə IV Bakı Qlobal Forumunun keçirilməsi bir daha dünyanın diqqətini ölkəmizə yönəltdi. Onun sözlərinə görə, dövlət və hökumət başçılarının, dünyanın nüfuzlu ictimai və siyasi xadimlərinin iştirak etdiyi tədbirdə beynəlxalq aləmdə mövcud olan problemlər müzakirə olunub.

«Bu tədbirlər vasitəsilə həmçinin, Azərbaycan öz inkişafını, uğurlarını dünyaya təqdim edir. Bunun nəticəsidir ki, ölkəmizin qazandığı nailiyyətlər ayrı-ayrı dövlətlər, beynəlxalq qurumlar və reytinq agentlikləri tərəfindən də təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Azərbaycanın inkişafı onu siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal mərkəzə çevirməkdədir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır»- deyə, S. Hüseynova qeyd edib.