YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Biz birlikdə güclüyük, türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik

«Ankarada baş verən  terror yenə Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri ərəfəsində baş verdi. Kimlərsə bu iki dövlətin yaxınlığından çox narahatdır və qardaşlığa kədər toxumları səpməyə çalışır». Bu fikirləri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, Türkiyədə aramsız dəhşətli terrorun ilk səbəbi bu dövləti zəiflətmək, onu diz üstə çökdürmək məqsədidir. Onun sözlərinə görə, bu nəhəng və möhtəşəm dövlətin müstəqil siyasəti xaricdə müəyyən dairələrin maraqlarına cavab vermir.

«"Terrorun olması kimə sərf edir ?" sualını vermək kifayətdir ki, sifarişçiləri hesablayın ortaya çıxarasan. Terorrun Türkiyə rəhbərinin Azərbaycana səfəri ərəfsində baş vermələri isə iki qardaş dövlətin daha da yaxınlığına son qoymaq, onları siyasi cəbhələrin əks düşərgələrinə salmaqdır. Hesab edirəm ki, Prezident Rəcəb Təyyub Ərdoğan bu dəfə Azərbaycana səfər etməklə dostluğumuza kölgə salanlara cavab verməlidir. Bura da Türkiyədir, burda da terrorda ölənlərin taleyinə acıyan 10 milyon türk var. Biz birlikdə güclüyük, biz türk dünyasına hücum çəkənlərə birgə cavab verməliyik»- deyə, A.Mirzəzadə qeyd edib.

DİGƏR Xəbərlər Arxiv