YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Livanın sabiq Baş naziri: Azərbaycan mədəniyyətlərarası dialoqun keçirilməsi üçün ideal məkandır

Bu gün dünyada dinlərarası, mədəniyyətlərarası dialoqa daha çox ehtiyac duyulur. Azərbaycan bu dialoqun keçirilməsi üçün ideal məkandır.

Bu fikri IV Qlobal Bakı Forumunda iştirak edən Livanın sabiq Baş naziri Fouad Siniora bildirib. Qlobal Bakı Forumunun artıq çoxşaxəli müzakirələrin keçirildiyi mərkəzə çevrildiyini deyən sabiq Baş nazir vurğulayıb ki, bu tədbir həm müzakirə edilən mövzular, həm də iştirakçıların tərkibinə görə digərlərindən fərqlənir.

Azərbaycanda 20 il əvvəl olduğunu söyləyən sabiq Baş nazir o vaxtdan ölkəmizdə böyük inkişafın şahidi olduğunu vurğulayıb. O, Azərbaycanın hazırda regionda, eləcə də Avropa və dünya ölkələri arasında öz nüfuzu ilə seçildiyini diqqətə çatdırıb.