YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Valdis Zatlers: IV Qlobal Bakı Forumu yüksək səviyyədə təşkil olunub

Dünya sürətlə dəyişir, inkişaf edir. Buna görə də insanların bir araya gəlməsi, təkcə regionu deyil, həm də dünyanı maraqlandıran məsələləri, sülhü, sabitliyi təhdid edən problemləri, iqtisadi problemlərin həll yollarını müzakirə etmələri çox vacibdir. IV Qlobal Bakı Forumu ən azı Dünya İqtisadi Forumu kimi məşhurdur. Onu Şərqin iqtisadi forumu da adlandırmaq olar.

Bu sözləri IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq prezidenti Valdis Zatlers jurnalistlərə açıqlamasında söyləyib.

Əvvəlki forumlarda da iştirak etdiyini vurğulayan sabiq prezident, bu dəfə həm iştirakçıların sayının, həm də forumun keyfiyyətinin xeyli yüksəldiyini deyib. Valdis Zatlers forumun belə yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə, onun Prezidentinə minnətdarlığını bildirib.