YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Bolqarıstan tarixən bir-birinə yaxın olub

Bu fikir birinci xanım Mehriban Əliyevanın Bolqarıstanın Azərbaycandakı səfiri ilə görüşündə səslənib

Martın 9-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Bolqarıstanın ölkəmizdəki səfiri xanım Maya Xristova ilə görüşü olub.

Heydər Əliyev Fondunda Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanı görməkdən şad olduğunu deyən Mehriban Əliyeva Azərbaycan-Bolqarıstan əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluğunu ifadə etdi, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələri vurğuladı. Birinci xanım Mehriban Əliyeva ölkələrimizin və xalqlarımızın tarixən bir-birinə yaxın olduğunu qeyd edərək, münasibətlərimizin həm dövlət başçıları, həm hökumətlər, həm də xalqlar arasında yüksək səviyyədə olduğunu vurğuladı. Bu əməkdaşlıqda Maya Xristovanın əməyini xüsusi qeyd edən Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun diplomatik missiyanın rəhbərinin dəstəyi ilə Bolqarıstanın Veliko-Tırnovo şəhərindəki “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpası işlərini həyata keçirdiyini diqqətə çatdırdı. Mehriban Əliyeva bildirdi ki, bununla əlaqədar ötən ilin may ayında Sofiyada “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiyası və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında saziş imzalanıb. Hazırda bərpa işləri başa çatmaq üzrədir.

Səfir Maya Xristova Heydər Əliyev Fondunun Bolqarıstanda həyata keçirdiyi layihəyə görə təşəkkürünü bildirərək, iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi.