YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir

İtaliya Avropa İttifaqında Azərbaycanın ən vacib ticarət tərəfdaşlarından biridir.

Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İtaliyanın keçmiş xarici işlər naziri Franko Frattini ilə görüşündə səsləndirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin hərtərəfli inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı Avropanın alternativ mənbələr əsasında enerji təhlükəsizliyinin təmin olunması və region ölkələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində TANAP və TAP layihələrinin kəsb etdiyi əhəmiyyət vurğulanıb.

Franko Frattini ölkəmizin regionda əhəmiyyətli rol oynadığını, uğurlu və tarazlaşdırılmış xarici siyasət yürütdüyünü qeyd edib.

Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan münaqişənin həlli prosesi və problemin həll olunmamasının regional sülh və təhlükəsizlik üçün yaratdığı təhlükələr barədə məlumat verib. O əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal etdiyi Azərbaycan ərazilərindən çıxarılmalıdır.

Görüşdə qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

DİGƏR Xəbərlər Arxiv