YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

General Mirko Zuliani: NATO-Azərbaycan əlaqələri yüksək səviyyədədir

Martın 9-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun müttəfiq transformasiya komandanının müavini, general Mirko Zulianinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir işğalçı Ermənistanın bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə ciddi təhdid olduğunu, məhz bu səbəbdən də ölkəmizin müdafiə resurslarının əksər hissəsinin düşmən tərəfinin təcavüzkar siyasətinin qarşısının alınmasına yönəldiyini diqqətə çatdırıb.

Azərbaycanın NATO-nun tərəfdaşı olduğunu vurğulayan general-polkovnik Z.Həsənov Alyansın Cənubi Qafqazda təhlükəsizliyə dair tutduğu prinsipial və davamlı mövqeyinin Avratlantik təhlükəsizliyin bölünməzliyi məsələsini gücləndirdiyini, regional sülh və sabitlik üçün mühüm əhəmiyyət daşıdığını xüsusi qeyd edib.

NATO-Azərbaycan əlaqələrini yüksək qiymətləndirən general M.Zuliani Əfqanıstandakı əməliyyatlar çərçivəsində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə, Əməliyyat İmkanları Konsepsiyası proqramında fəal iştirakına, Transformasiya Komandanlığı Qərargahında təmsilçiliyə və ümumilikdə uğurlu əməkdaşlığa görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan ilə NATO arasında mövcud proqramlar daxilində əməliyyat, təlim, treninq, hərbi təhsil, təcrübə mübadiləsi və digər sahələr üzrə tərəfdaşlıq məsələləri, həyata keçirilən layihələr, əlaqələrimizin hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.