YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azad Rəhimov: Azərbaycanda gənclər arasında könüllülük fəaliyyəti artıq ənənəyə çevrilib

«Azərbaycanda gənclər arasında könüllülük fəaliyyəti artıq ənənəyə çevrilib». Bu fikri gənclər və idman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, gənclər arasında könüllülük fəaliyyətinə maraq olduqca yüksəkdir. Onun sözlərinə görə, indiyədək ev sahibliyi etdiyimiz irimiqyaslı tədbirlərdə könüllü fəaliyyət göstərən gənclərimiz böyük uğura imza atıblar.

 «Ümid edirəm ki, bu ənənə növbəti tədbirlərdə daha yüksək səviyyədə davam edəcək. Azərbaycanda könüllülərin fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Avropa Qran-pri yarışları üçün 12 min könüllü müraciət edib. Bu, bizi sevindirir. Çünki ölkəmizdə bu sahəyə böyük maraq var»- deyə, nazir vurğulayıb.