YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov: Bir çox nüfuzlu beynəlxalq beyin mərkəzləri və təşkilatlar öz tədbirlərinin keçirilməsi üçün Bakını məkan olaraq seçirlər

«Son illərdə Bakı artıq siyasi fikir mərkəzinə çevrilib». Bu fikri  Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, bir çox nüfuzlu beynəlxalq beyin mərkəzləri və təşkilatlar öz tədbirlərinin keçirilməsi üçün Bakını məkan olaraq seçirlər. Onun sözlərinə görə, məhz Bakıda müasir dünyada mövcud çağırışların həlli yolları, münaqişələrin nizamlanması məsələləri müzakirə edilir, dünyanın idarə olunması metodları müəyyənləşdirilir.

«Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda 300-ə yaxın nümayəndə, o cümlədən Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri, siyasi xadimləri iştirak edəcəklər. Bakı Forumunda dünyada etnik, dini və siyasi əmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq»- deyə, N.İbrahimov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv