YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalıya həsr olunmuş anım konserti London LİVE televiziyasında yayımlanıb

Londonun “St. Paul’s Church” kilsəsində Xocalı faciəsinin qurbanlarına həsr olunmuş anım konserti London LİVE televiziya kanalında yayımlanıb.

Həmin tədbir fevralın 26-da Londonda Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilmişdi. Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilən ənənəvi anım konsertində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak etmişdi.

Anım konsertində azərbaycanlı musiqiçilər Səbinə Rakçeyeva, Nəzrin Rəşidova (skripka), Rafiq Rüstəmov (tar), Günel Mirzəyeva, Ayan Salahova (piano), Camal Əliyev (çello), Selcan Nəsibli (soprano), həmçinin Aleksander Cermanoviç (piano) və “Deco” ansamblının ifasında Fikrət Əmirovun, Qara Qarayevin, Vasif Adıgözəlovun, G.Perqolesinin, J.Massenetinin repertuarından musiqilər səsləndirilmişdi.

London LİVE kanalında yayımlanan proqrama, həmçinin Böyük Britaniya parlamentində fevralın 24-də keçirilmiş ilk “Xocalı Sülh Mükafatı” nın təqdimat mərasimindən və rəsm sərgisindən görüntülər də daxil edilib. Reportajda əsas diqqət Xocalı qətliamına öz münasibətlərini incəsənət vasitəsilə ifadə edən Böyük Britaniya sənətçilərinə yönəldilib.