YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vayra Vike-Frayberqa: Bakıda səslənən fikirlər bütün dünyaya bir çağırış olacaq

Bakıda aktual mövzularda müzakirələr aparmaqla insanlığa hörmət hissləri aşılayırıq. Burada səslənən fikirlər bütün dünyaya bir çağırış olacaq. Bildiyiniz kimi, sağlamlıq məsələləri artıq qlobal problemdir. Ana və uşaq ölümü ilə bağlı göstəricilər hər ölkədə müxtəlif olsa da, epidemiyalar sərhəd tanımır. Buna görə də fəaliyyətlərimizi birləşdirməliyik ki, belə fövqəladə hallara hazır olaq.

Bunu Latviya Respublikasının sabiq Prezidenti xanım Vayra Vike-Frayberqa jurnalistlərə açıqlamasında bildirib.

Sabiq Prezident qeyd edib ki, forum dialoq, müzakirə və debatların keçirilməsi baxımından olduqca əhəmiyyətlidir. Belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin hazırkı və sabiq prezidentlərinin iştirakı, eyni zamanda, Azərbaycanın həmin ölkələrlə əlaqələrinin inkişafına mühüm töhfə verəcək.