YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: İslahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir

İslahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir». Bu fikri Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov deyib.

F.Muradov bildirib ki, bu prosesdə sahibkarlar üçün daha geniş imkanlar yaradılmalıdır. Onun sözlərinə görə, son zamanlar səsləndirilən gənclər şəhərciyi, sosial mənzillər Azərbaycan üçün çox vacibdir. 

«Kifayət qədər evə ehtiyacı olan insanlar var. Yaxşı olardı ki, burada bu yanaşma da olsun. Biz bir neçə il bundan öncə gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni,  özəl sektordan gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Qəbul etdiyimiz yeni  qanunlar isə buna  imkanlar açır»- deyə, komitə sədri qeyd edib.