YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahib Məmmədov: İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir

«İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir». Bu fikri  iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.

S.Məmmədov bildirib ki, ölkə Prezidentinin qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərman qeyri-neft sektoruna verilən əlavə dəstəkdir. Onun sözlərinə görə, burada əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək.

«Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir. Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabət qabiliyyətliliyini artıracaq»-deyə, nazir müavini vurğulayıb.