YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Əmanətlərin tam sığortalanması çox vacibdir

«Əmanətlərin tam sığortalanması çox vacibdir. Əmanətlərin 100 faiz sığortalanması həyata keçirilərsə, vətəndaşlar ehtiyat üçün saxladıqlar öz vəsaitlərinin hamısını inamla banklara yerləşdirə bilərlər». Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə paket şəklində göndərilmiş qanun layihələri çox əhəmiyyətlidir. Onun sözlərinə görə, iqtisadi sektorun inkişafı, dövlət büdcəsinə gəlirlərin gəlməsi, maliyyə nəzarətinin həyata keçirilməsi üçün bu sənədlərin qəbul olunması vacibdir.

«Son zamanlar son dövrlər bəzi qurumlar, dövlət strukturlarına daxil olmayan kommersiya sahələrində, banklarda  müxtəlif hadisələr baş verdi. Buna nəzarət mexanizminin olmaması nəticəsində Azərbaycan vətəndaşlarının bir qrupu əziyyət çəkdilər və banka olan inam azalmağa başladı. Halbuki, Azərbaycan dövləti maliyyə sisteminin sabitliyini illərlə qoruyub saxlamaqla yanaşı, əhalidə banklara inam yaratmışdı. Hesab edirəm ki, bu inamı bərpa etmək lazımdır. Vətəndaşlar əmanətlərini sərbəst şəkildə banklarda yerləşdirə bilməlidirlər. Bu, bir tərəfdən vətəndaşların gəlirlərini artırır, bank sisteminə inam yaradır, bankların digər şəxslərə kredit verməsinə köməklik göstərir, digər tərəfdən isə, cinayətkarlığın qarşısını alır. İqtisadi blokun inkişafı həm maliyyə sisteminin tənzimlənməsi, həm də bank sisteminin möhkəmlənməsi üçün çox vacibdir. Bu baxımdan yeni yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası çox ciddi fəaliyyət göstərəcək»- deyə, S.Novruzov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv