YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Formula-1” Avropa Qran-Pri yarışı ilə əlaqədar viza rejimi sadələşdiriləcək

Martın 3-də Azərbaycan Prezidenti İlham Əliyev “Formula-1” Avropa Qran-Pri yarışının təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsinə dair Sərəncam imzalayıb.

Sərəncama əsasən, həmin şəxslərin Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala biləcəklər. “Formula-1” yarışlarının beynəlxalq təşkilatçıları olan “Formula One Management Limited” şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının müvafiq qaydalarına uyğun olaraq, yarışa bilet və ya biletin əldə olunmasını, eləcə də daimi akkreditasiyadan keçməni təsdiqləyən sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilir. Vizaların verilməsi üçün müddət iştirakçıların statusundan asılı olaraq, mayın 15-dən iyunun 30-dək müəyyənləşdirilir.

Sərəncamda, həmçinin ölkəmizə gələn şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza verilməsi işinin təşkili ilə bağlı maddi-texniki təminat və maliyyə məsələlərini həll etmək, viza prosedurlarının sadələşdirilməsi barədə aidiyyəti beynəlxalq qurumlara, xarici ölkələrin müvafiq orqanlarına, Azərbaycana uçuşlar həyata keçirən aviasiya şirkətlərini məlumatlandırmaq, viza prosedurlarının sadələşdirilməsi barədə məlumatın Xarici İşlər Nazirliyinin, habelə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etmək barədə Maliyyə və Xarici İşlər nazirliklərinə, Dövlət Miqrasiya Xidmətinə tapşırıqlar verilib.