YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Xəzəryanı dövlətlərin xarici işlər nazirləri aprelin 22-də Moskvada toplaşacaqlar

Aprelin 22-də Moskvada Xəzəryanı dövlətlərin xarici işlər nazirləri səviyyəsində konfrans keçiriləcəkdir. 

Görüşdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın XİN başçıları iştirak edəcəklər.

Konfransda Xəzəryanı ölkələrin dövlət başçılarının 2014-cü ilin payızında Həştərxanda keçiriləcək IV zirvə görüşünə hazırlıq məsələləri müzakirə ediləcəkdir. Nazirlər qarşıdan gələn regional forumun proqramını və gündəliyini müzakirə edəcəklər.

Görüşdə həmçinin Xəzəryanı ölkələrin dövlət başçılarının 2010-cu ildə Bakıda keçirilmiş zirvə görüşünün qərarlarının yerinə yetirilməsi istiqamətində görülən işlər, o cümlədən Xəzər dənizinin yeni hüquqi statusunun işlənib hazırlanması, təhlükəsizlik, ətraf mühitin mühafizəsi, bioloji su resurslarının qorunub saxlanılması və onlardan səmərəli istifadə olunması, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması və bir sıra digər məsələlər təhlil ediləcəkdir.

DİGƏR Xəbərlər Arxiv