YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB qərargahında müdafiə məsələləri müzakirə olunub

Martın 2-3-də MDB hökumət rəhbərləri Şurasının layihələrin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. İclasda iki məsələ müzakirə edilib. Onlardan biri Birlik üzv-dövlətlərinin birləşmiş hava hücumundan müdafiə (HHM) sisteminin təkmilləşdirilməsinə dair normativ sənədlərlə bağlı olub. İkinci məsələ silahlı qüvvələrdə mütəxəssis-metroloqların hazırlanması üzrə MDB üzv-dövlətlərinin baza hazırlığı ilə əlaqədar olub. Bu haqdaAZƏRTAC-a MDB İcraiyyə Komitəsinin Minskdə yerləşən qərargahının mətbuat xidmətindən məlumat verilib.

Qazaxıstan və Rusiya Federasiyasının qeyd və təkliflərini nəzərə almaqla ekspertlər birləşmiş HHM sisteminin təkmilləşdirilməsi üzrə normativ sənədlərin yeni redaksiyasını əsasən razılaşdırıblar.

Ekspert qrupunun materiallarını Birlik üzvü olan dövlətlərə və müdafiə nazirləri Şurasının katibliyinə göndərilməsi qərara alınıb. Bu məsələ ilə bağlı ekspertlərin növbəti görüşü iyun ayında keçiriləcək.

İclasda müzakirə olunmuş ikinci məsələ üzrə də layihə razılaşdırılıb. Layihəyə əsasən, silahlı qüvvələrdə mütəxəssis-metroloqların hazırlanması üzrə MDB üzv-dövlətlərinin baza təşkilatı statusu Hərbi hava qüvvələrinin “Professor N.E. Jukovski və Y.A.Qaqarin adına Hərbi Hava akademiyası” tədris-elmi mərkəzinə verilir.

Dövlətdaxili razılaşdırmadan sonra layihə MDB hökumət rəhbərləri Şurasının müzakirəsinə veriləcək.