YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Azərbaycan dövləti gənc nəslin intellektual və vətənpərvər ruhda formalaşması üçün lazım olan bütün addımları atır

«Azərbaycan dövləti gənc nəslin intellektual və vətənpərvər ruhda formalaşması üçün lazım olan bütün addımları atır. Dövlət gənclər siyasəsində bu amillər xüsusi yer tutur». Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, azərbaycançılıq ideologiyasının sistemli şəkildə təbliği gəncliyin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından da müstəsna əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, müasir dövrdə, qloballaşma şəraitində hər bir ölkənin inkişaf siyasətinin əsasında dayanan faktorlardan biri də gənclərin inkişafı və tərbiyəsinin təmin edilməsidir.

«Şübhəsiz, bu, sistemli və çoxşaxəli məsələ kimi çıxış etdiyinə görə özündə bir çox məsələləri ifadə edir. Dövlətin yüksək səviyyəli diqqət və qayğısının fonunda mütəmadi olaraq inkişaf edən Azərbaycan gəncliyi həm milli-mənəvi dəyərlərin, milli ideologiyanın mənimsənilməsində, həm də təbliğində aktiv - dinamik təbəqə kimi çıxış edir. YAP Gənclər Birlyinin çoxminli üzvləri də fəaliyyətlərində məhz bu amillərə böyük önəm verirlər»- deyə, S.Orucov qeyd edib.