YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dadaş Rzayev: Azərbaycan Ordusu torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdir

«Azərbaycan Ordusu torpaqlarımızı hər an işğaldan azad etməyə qadirdir». Bu fikri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev deyib.

D.Rzayev bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu yaradılıb. Onun sözlərinə görə, Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvəsidir.

«Hazırda sülh danışıqları davam edir. Dövlətimiz yenidən müharibə, qan tökülməsini istəmir. Amma torpaqlarımızın işğal altında qalması ilə də barışa bilmərik. Əgər Ermənistan xoşluqla torpaqlarımızı azad etməsə, onda ordumuzun gücünü görəcək. Sevindirici haldır ki, gənclərimizdə vətənpərvərlik hssləri çox yüksəkdir. Belə gənclərimizlə formalaşan ordumuz qısa müddətdə torpaqlarımızı işğaldan azad etməyə qadirdir»- deyə, D.Rzayev vurğulayıb.