YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İran XİN: İran-Azərbaycan əlaqələri daha da inkişaf edəcək

Azərbaycan Prezidentinin İrana səfəri zamanı qarşılıqlı əməkdaşlıq haqqında mühüm sənədlərin imzalanması onu deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr inkişaf istiqamətindədir.

Bu fikri İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Cabir Ənsari Tehranda keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, səfər zamanı əldə olunan razılaşmalardan hər iki tərəf məmnun qalıb. Rəsmi Tehran ilə Bakı arasındakı münasibətlərin yaxınlığını imzalanan sənədlərin mahiyyətindən də görmək olar.

Mətbuat katibi əlaqələrin daha da inkişaf edəcəyinə və strateji əməkdaşlıq səviyyəsinə yüksələcəyinə əminlik ifadə edib.