YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək

Macarıstanın Baş naziri Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində martın 6-da Bakıda Azərbaycan-Macarıstan biznes forumu keçiriləcək. Tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə baş tutacaq.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, biznes foruma qida və kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji və tullantıların idarə edilməsi, sənaye məhsulları və avadanlıqlarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq Macarıstan şirkətinin qatılacağı gözlənilir.