YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının beşinci fövqəladə Sammitində təmsil olunacaq

Məlum olduğu kimi, martın 6-7-də İndoneziyanın paytaxtı Cakarta şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fələstin Əl-Qüds Əl-Şərif üzrə beşinci fövqəladə Sammiti keçiriləcək.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələrinin iştirak edəcəyi Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizi Baş nazirin müavini Elçin Əfəndiyev təmsil edəcək.

Ümumi müzakirələrin yekununda Fələstin Əl-Qüds Əl-Şərif üzrə Cakarta Bəyannaməsinin qəbulu nəzərdə tutulub.

 

DİGƏR Xəbərlər Arxiv