YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Rüstəmov: Azərbaycanda həyata keçirilən "üzən məzənnə" siyasəti özünü doğruldur

Azərbaycanda həyata keçirilən "üzən məzənnə" siyasəti özünü doğruldur. Mərkəzi Bank valyuta hərracını özünün tərtib etdiyi qrafikə uyğun aparır. Xarici valyutaya tələbat tamamilə ödənilir.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Mərkəzi Bankın sədri qeyd edib ki, indiki şəraitdə qlobal iqtisadiyyatda vəziyyəti nəzərə alsaq, bu düzgün qərardır. Ötən il dekabrın 21-də "üzən məzənnə" siyasətinə keçidlə bağlı qəbul edilən qərar Azərbaycanın strateji maraqlarına uyğundur. Azərbaycan manatı dayanıqlılığı təmin edilməyənədək "üzən məzənnə" rejimində olacaq. Mərkəzi Bankın əsas vəzifəsi manatın məzənnəsinin ifrat dəyişkənliyinin qarşısını almaqdır. Hazırda manat öz dayanıqlılığını artırmaqdadır.

"Gömrük statistikasını diqqətlə izləyirik, idxalın azalmasını müşahidə edirik. Azərbaycana idxal azalır. Bütövlükdə, bu yeni idxal dinamikasına uyğun olaraq, ölkənin valyuta balansının proqnozu həyata keçirilir. Proqnozlarımıza əsasən, təxmini balans mövcuddur. Bu onu göstərir ki, manat özünün dayanıqlı məzənnəsini axtaracaq", - deyə E.Rüstəmov bildirib.