YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Hüseynov: Dövlət başçısının fərmanı yerli istehsalçıların istehsal imkanlarını stimullaşdıracaq

“Prezidenti İlham Əliyevin imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərmana əsasən, Azərbaycanda qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi ödəniləcək. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərdən və fərdi sahibkarlara bir sıra güzəştlər ediləcək, dövlət dəstəyi göstəriləcək.” Bu fikirləri yap.org.az  saytına Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov söyləyib.

Aydın Hüseynovun sözlərinə görə, fərman ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılması və stimullaşdırılması, investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir: “Sənəddə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ölkəmizin qeyri-neft qoyuluşlarının artırılması, sahibkarlarının ixrac potensialının artırılması, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə də əsaslı zəmin yaradacaq.”
Aydın Hüseynov qeyd edib ki, investisiya təşviqi sənəd almış sahibkarlar üçün vergi və gömrük güzəştləri tətbiq ediləcək. Həmin şəxslər əldə etdikləri mənfəətin 50%-i 7 il müddətinə gəlir və ya mənfəət vergisindən azad ediləcəklər.

“Bundan başqa, hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq əmlaka görə 7 il müddətinə əmlak vergisi, mülkiyyətlərində olan torpaq sahələrinə görə isə 7 il müddətinə torpaq vergisi ödəməkdən azad ediləcəklər. Həmçinin, investisiya təşviqi sənədinin olması sahibkarlar üçün gömrük güzəştləri də nəzərdə tutulub. Belə ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə, 7 il müddətinə gömrük rüsumlarından azad ediləcəklər. Sənaye texnoparklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalının da 7 il ərzində gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulub.” – deyə, Aydın Hüseynov bildirib.