YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Pakistan arasında sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Rəşad Mahmudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri məmnunluq hissi ilə qeyd olunub. Həmçinin hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Xidmət rəisi Azərbaycanın dövlət sərhədlərindəki mövcud əməliyyat şəraiti, sərhəd təhlükəsizliyinə olan təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20 faizinin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, bu ərazilərin qeyri-qanuni məqsədlərlə istifadə hallarının davam etdirilməsini diqqətə çatdırıb. Qonaqlara transsərhəd cinayətkarlığına qarşı mübarizədə həyata keçirilmiş tədbirlər, sərhəd mühafizə sisteminin gücləndirilməsi, maddi-texniki bazanın təkmilləşdirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verilib.

Müzakirələr zamanı regionda cərəyan edən hadisələr, sərhəd təhlükəsizliyinə olan çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Dostluq və qarşılıqlı anlaşma şəraitində keçəndə görüşdə ikitərəfli əməkdaşlığın uğurla inkişafı istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

 

DİGƏR Xəbərlər Arxiv