YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan Türkiyə vətəndaşlarını prezident seçkilərində iştirak etməyə çağırır

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan xaricdə yaşayan ölkə vətəndaşlarını prezident seçkilərində iştirak etməyə çağırır.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyədə qarşıdakı prezident seçkiləri parlamentin deyil, məhz xalqın öz prezidentini seçəcəyi ilə fərqlənir: "Seçkilərdə hər bir səs önəm daşıyır".

Qeyd edək ki, bu ilin avqustun 10-na təyin edilmiş prezident seçkilərinin I turunda namizədlərdən heç biri 51 faiz səs toplamasa, avqustun 24-də II tur keçiriləcək.