YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən il Səngəçal terminalından 296 milyon barreldən çox neft və kondensat ixrac edilib

2015-ci ildə Səngəçal terminalı 296 milyon barreldən artıq neft və kondensat, o cümlədən təqribən 261,6 milyon barrel Bakı-Tbilisi-Ceyhanla (BTC), 31,4 milyon barreldən artıq Qərb İxrac Boru Kəməri marşrutu (QİBK), təqribən 2,2 milyon barrel dəmir yolu ilə və 0,9 milyon barrel kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

“BP-Azerbaijan” şirkətindən  bildirilib ki, keçən il terminaldan gündəlik orta hesabla 26,9 milyon standart kubmetr (949,5 milyon standart kubfut) “Şahdəniz” qazı da ixrac olunub.

Hesabat dövründə “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barrel neft və “Şahdəniz” qazı üçün təqribən 29,5 milyon standart kubmetrdir. Terminalın ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 49,3 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus qaz kəməri ilə ixrac olunur.

 

DİGƏR Xəbərlər Arxiv