YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP-ın 1335 kilometr uzunluğunda ilk hissəsinin inşasının 24 faizi yekunlaşıb

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi ilə əlaqədar işlər plan üzrə irəliləyir. Boru kəmərinin 1335 kilometr uzunluğunda 56 düyümlük ilk hissəsinin inşasının 24 faizi artıq tamamlanıb. Kəmərin 320 kilomertlik hissəsi üzrə boruların qaynağı yekunlaşıb, 600 kilometr uzunluğunda isə kəmər xətti boyunca torpaq işi görülüb.

Bu barədə AZƏRTAC-a eksklüziv müsahibəsində TANAP-ın baş direktoru Saltuk Düzyol məlumat verib. O bildirib ki, TANAP-ın inşası işlərinə xarici şirkətlərin mütəxəssisləri ilə yanaşı, Türkiyə və Azərbaycandan olan mühəndislər də cəlb olunub. Boruların 80 faizi Türkiyədə istehsal edilir. Bu vaxtadək 938 kilometr uzunluğunda borular istehsal olunub və təxminən 738 kilometr uzunluğunda borular ərazilərə daşınıb, xətt boyunca düzülüb.

“Ümid edirik ki, əvvəlcədən də nəzərdə tutulduğu kimi, 2018-ci ildə Azərbaycan qazı TANAP-la Türkiyəyə çatdırılacaq” – deyə S.Düzyol vurğulayıb.