YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Fevralın 29-dan martın 4-dək Tirana şəhərində (Albaniya) Tərəfdaşlıq təlim və tədris mərkəzi rəislərinin illik konfransı, Kunqsanqen şəhərində (İsveç) öyrənilmiş təcrübələr üzrə qərargah zabiti kursu, Ramştayn şəhərində (Almaniya Federativ Respublikası) Əməliyyat İmkanları Konsepsiyası üzrə işçi qrupunun birinci görüşü keçirilir.

Fevralın 29-dan martın 18-dək Qarmiş-Partenkirxen şəhərində (Almaniya) dil testi üzrə təkmilləşdirmə seminarı, Ankarada isə (Türkiyə) fevralın 29-dan martın 11-dək silahlı münaqişə kursları başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən  bildiriblər ki, tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edirlər.