YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Hüseynova: Verilən qərarlar əhalinin rifah halının yüksəldilməsinin sosial-iqtisadi siyasətdə mühüm yer tutduğunu bir daha nümayiş etdirir

«Dövlət başçısının sosial cəhətdən həssas kateqoriyalardan olan insanlara ödənişlərin artırılması, habelə ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə növbəti fərman və sərəncamlar imzalaması vətəndaşların rifah halının yaxşılaşdırılmasının aparılan siyasətin əsas istiqamətlərindən biri olduğunu təsdiqləyir». Bu fikri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

S.Hüseynova bildirib ki, ünvanlı sosial yardımoların verilməsi prosesində şəffaflığın təmin olunması təqdirəlayiqdir. Onun sözlərinə görə, yerlərdə insanların ünvanlı sosial yardım üçün elektron qaydada müraciət etməsi prosesi daha da təkmilləşdirəcək.

«Eyni zamanda, müharibə əlili və onlara bərabər tutulan şəxslərə minik avtomobillərinin verilməsi də sosial müdafiə baxımından önəmlidir. Bu ilin əvvəlindən Prezident İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə bir sıra fərman və sərəncamın imzalanması əhalinin rifah halının yüksəldilməsinin sosial-iqtisadi siyasətdə mühüm yer tutduğunu bir daha nümayiş etdirir»- deyə, S.Hüseynova qeyd edib.

DİGƏR Xəbərlər Arxiv