YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün üzgüçülük üzrə Azərbaycan açıq yay çempionatı start götürür

Bu gün Hövsan Olimpiya İdman Kompleksində üzgüçülük üzrə Azərbaycan Respublikasının açıq yay çempionatı start götürür.

Üç gün davam edəcək birincilikdə 3 dərəcədən yuxarı bütün yaş qruplarında 50-dən çox üzgüçü iştirak edəcək. Əsasən Bakı, Sumqayıt və Naxçıvandan olan üzgüçülər milli komanda məşqçilərinin etimadını qazanmağa çalışacaqlar.

Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışların sonunda qaliblər diplomlar və medallarla təltif ediləcək.