YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbrayıl Fərzəliyev: İranla Azərbaycan arasında münasibətlərin yeni mərhələsinin fundamental əsaslarının möhkəmləndirilməsi baxımından cənab Prezidentin səfəri yüksək qiymətləndirilməlidir

«İranın üzərindən sanksiyalar götürüldükdən sonra Azərbaycan Prezidenti ilk dəfə idi ki, bu ölkəyə rəsmi səfər etdi. Cənab Prezidentin səfər çərçivəsində İranın radio-televiziya şirkətinə verdiyi müsahibədə çox önəmli və mühüm bəyənatlarla çıxış etdi. Hesab edirəm ki, cənab Prezidentin çıxışında 3 əsas müzakirə predmenti var idi. Birinci, regionda və dünyada cərəyan edən geosiyasi gərginliklər və bu geosiyasi gərginliklər fonunda Azərbaycanın mövqeyi, ikncisi, ölkəmizlə İran İslam respublikası arasında ticari-iqtisadi əlaqələr, üçüncüsü isə Azərbaycanda dövlət-din münasibəti  və Azərbaycan siyasi elitasının buna sərgilədiyi münasibətdir». Bu fikirləri YAP-ın gənc fəal üzvü Cəbrayıl Fərzəliyev deyib.

C.Fərzəliyev bildirib ki, regionda geosiyasi proseslərin gərginliyi dərinləşməkdədir və rus-türk probleminin getdikcə daha da alovlanması və dərinləşməkdə olan bu konfliktin Cənubi Qafqaz regionuna sirayət etməsi fonunda İranın tutacağı mövqe regiondakı situasiyanın ayrı məcrada axışına təsir edən əsas fakorlardan olacaq. Odur ki, Azərbaycanla İranın mövqeyinin eyniləşdirilməsi və yaxud İranın sərgiləyəcəyi mövqeyə uyğun olaraq Azərbaycanın öz mövqeyini balanşlaşdırması vacidb amillərdındir.

«Bu baxımdan cənab Prezidentin bu mövzudakı müzakirələrini yüksək qiymətləndirmək lazımdır. İkinci müzakirə predimətinə gəldikdə isə, İran üzərindən iqtisadi embarqolar götrüldükdən sonra rəsmi Tehran öz iqtisadiyyatını dirçəltməyə və avropaya inteqrasiya etməyə meyillidir. Bu baxımdan Azərbaycanla iqtisadi-ticari əlaqələri genişləndirmək və TANAP layihəsinə qoşulmaqla İran inteqrasiya prosesinə əlavə dividentlər qata və bu prosesi sürətləndirə bilər. Cənab Prezident İlham Əliyev də öz müsahibəsində yeni iqtisadi əlaqələrin qurulması üçün artıq işçi qrupunun işə başladığını xüsusi vurğuladı. Həmçinin, Azərbaycanda 2016-cı ilin multikulturalizim ili elan olunması ölkəmizdə bütün din nümayəndələrinin azad,bərabər və təhlükəsiz şəraitdə yaşadığına əsaslı bir işarədir. Bundan əlavə cənab Prezident hər zaman çıxışlarında qeyd edib ki, Azərbaycanda dini və etnik zəmində heç vaxt qarşıdurma baş verməmişdir. Bütün bunları nəzərə alaraq qeyd etmək olar ki, istər regional məsələlərin həlli baxımından istərsə də İranla Azərbaycan arasında münasibətlərin yeni mərhələsinin fundamental əsaslarının möhkəmləndirilməsi baxımından cənab Prezidentin son səfəri yüksək qiymətləndirilməlidir»- deyə, C.Fərzəliyev qeyd edib.